» » Düşmənə qarşı mübarizə qaynağı - AİP-in sədr əvəzi Hacı İlham Əliyev yazır

Düşmənə qarşı mübarizə qaynağı - AİP-in sədr əvəzi Hacı İlham Əliyev yazır

Əgər cəmiyyətdə dini-ilahi təlimlər düzgün təbliğ olunsa, peyğəmbərlərimizin gətirdiyi din olduğu kimi insanlara çatdırılsa bir çox problemlər həllini tapar.

25 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Şübhəsiz ki, ərazi bütövlüyümüzün bərpası üçün güclü ordu və onu şərtləndirən digər amillərlə yanaşı ayrı-ayrılıqda hər bir fərddə yüksək səviyyəli vətən sevgisi, vətənpərvərlik hissi olmalıdır. Bəs gənclərimizdə, ümumiyyətlə vətəndaşlarda belə bir ruhiyyənin yaranması və güclənməsində milli-mənəvi, əxlaqi, İslami dəyərlərin polu nədən ibarətdir? 
Əvvəla, milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə bu dəyərlərin qorunması lazımdır. Hansı xalq qloballaşma dövründə milli dəyərlərə edilən təcavüzə qarşı özünün milli-ideoloji cəbhəsini qura bilibsə və onu qorumağı bacarıbsa, çətinliklərdən qalib çıxmağı da bacarıb. Bu isə insanı başqa yaranmışlardan fərqləndirən cəhətdir. Ümumiyyətlə, insanları digər varlıqlardan fərqləndirən bir neçə xüsusiyyət var. Onlara nəzər yetirək.

1) Təmayül və istəklər. İnsan digər varlıqlardan fərqli olaraq iki əsas istiqamətə - maddiyyat və mənəviyyata təmayüllüdür. Maddi təmayül onun cismani istəklərini təmin etmək istiqamətindədir. Bu, yemək, içmək, yatmaq, istirahət etmək, əks cinsə meylli olmaq kimi istəklərdir. Mənəvi təmayül isə onun mənəviyyat və insani xüsusiyyətlərinə aid olan təmayüllərdir. Məsələn, həqiqət axtarışında olmaq, ədalət, azadlıq, xeyirxahlıq, gözəllik, bütün əməllərində Allahı yada salmaq, Onu daim başının üzərində hiss etmək və sair.

2) İstedad və bacarıqlar. Sirr deyil ki, insan maddi və cismani baxımdan yaradılan gündən bir çox maddi istəklər də onunla birlikdə mövcud olub. Amma mənəvi və insani baxımdan yalnız istedad və qabiliyyət həddindədir. 
Xatırladaq ki, insаn hər şеydən əvvəl biоlоji vаrlıqdır. O, fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. Şəхsiyyət – yüksək düşüncəsi, öz hərəkət və dаvrаnışlаrı üçün məsuliyyət hissini, şəхsi ləyаqətini və bаşqа yüksək mənəvi kеyfiyyətləri özündə birləşdirən insаndır. Şəхsiyyətin fоrmаlаşmаsı dеdikdə, hər şеydən əvvəl, təbii, biоlоji və аnаdаngəlmə аmillərlə хаrici, yəni tərbiyənin, təlimin və sоsiаl mühitin qаrşılıqlı təsiri nəticəsində bаş vеrən inkişаf prоsеsi nəzərdə tutulur. Lаkin məlumdur ki, insаn biоlоji, təbii quruluşа mаlik оlsа dа о, tariхi, ictimai inkişаfın məhsuludur. Məhz bu səbəblərdən təlim-tərbiyə insanın daxilində olan bu istedadların üzə çıxmasına xidmət edir.

3) Ağıl və iradə. İnsanın varlığında ağıl məfhumu vardır ki, onun sayəsində ən müxtəlif hadisələri təhlil edərək, nəyin haqq və nəyin batil olduğunu anlayır. Haqqı batildən, düzü nadürüstdən ayırd edərək, düzgün seçim istedadına malik olur.

4) İnsanı digər məxluqatlardan fərqləndirən cəhətlərdən biri də odur ki, öz nəfsani və maddi istəklərinin qarşısında müqavimət göstərmək, şüurlu surətdə öz iradəsinə əsaslanaraq əks istiqamətdə hərəkət etmək iqtidarındadır. Əql və iradənin nəfsani istəklərə qarşı mübarizəsi üçün insanın bu istəklərin hüdudlarını düzgün tanıması lazımdır. İnsan hansı əməlin nəfsani, hansının mənəvi-insani olduğunu, nəyin dəyər və nəyin dəyərə zidd olduğunu dürüst anlamalıdır. Burada insanın dinə, vəhyə olan ehtiyacı qabarıq surətdə özünü göstərir. Yalnız din və vəhy vasitəsilə insan maddi-nəfsani istəklə, mənəvi-insani istəkləri bir-birindən ayırd edə bilər. Din həqiqi dəyərləri insan üçün düzgün tərif edir.
 
Dəyər bir növ cəmiyyətin iki əsas təməli üzərində qurulur. Biri qanun, digəri isə ədalət, bərabərlik, azadlıq və sair kimi mənəvi-əxlaqi keyfiyyətlərdir. Bu iki əsas təməl prinsiplərinə o zaman əməl olunaraq öz aliliyini qoruya bilir ki, cəmiyyət arasında özünəməxsus nüfuza, hörmətə malik olsun, insanlar onları sevərək arxasınca getsin. Əks halda qanun da, əxlaqi dəyərlər də formal xarakter daşıyacaq. Bütün hər yerdə olduğu kimi, burda da din insanların köməyinə gəlir, bütövlükdə cəmiyyəti düzgün istiqamətə yönəldir, nicat yolu göstərir. Çünki yalnız din qanunu və əxlaqi dəyərləri insanların nəzərində qiymətləndirir və müqəddəsləşdirir ki, hamı ona bu gözlə baxıb əməl etsin. Bu baxımdan əgər cəmiyyətdə dini-İlahi təlimlər düzgün təbliğ olunsa, peyğəmbərlərimizin gətirdiyi din olduğu kimi insanlara çatdırılsa bir çox problemlər həllini tapar, gənclər arasında vətənpərvərlik ruhiyyəsi yüksələr. Həqiqi dəyərlər öz yerini itirməsə insanlar öz vətəni, torpağı, müqəddəs amalı uğrunda şəhid olmağı həlak olmaq kimi qiymətləndirməyəcək, əksinə, ən böyük dəyərlərə sahib çıxacağını başa düşüb dərk edəcək. Bax bu halda torpaqlarımız da işğaldan azad edilə bilər. İmam Hüseyn (ə) məktəbi də bunun bariz nümunəsidir. Belə ki, Kərbəla hadisəsi dünyada analoqu olmayan inam və birliyin əməli vəhdəti, sədaqət və iradə qaynağı kimi nəsillərin yaddaşına əbədi həkk olunan şəhidlik məktəbidir, dünya müsəlmanlarının qan yaddaşıdır.

İmam Hüseyn (ə) məktəbi ilahi eşq, sevgi bəxş etdiyi kimi, haqsızlığa, ədalətsizliyə qarşı barışmaz olmağı da sərgiləmişdir. Bu məktəb Qarabağ boyda dərdi olan bizlərin işğal olunmuş torpaqlarımıza sahib çıxmaq baxımından bir müsəlman, ərazi bütövlüyünü can bahasına belə bərpa etmək istəyən bir azərbaycanlı kimi hamımız üçün ibrət, mübarizə qaynağıdır. Odur ki, milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər görülməlidir.
 
Hacı İlham Əliyev
AİP-in sədr əvəzi

скачать dle 11.3
Dostlarınla bölüş:


DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
    19:49 Masallı Bioloji Təbabət Klinikası : Əhalinin Nəzərinə!!!

    02:00 Masallıda Herbalife Sağlam həyat tərzi klubu fəaliyyətə başlayıb - Foto

    01:05 Masallı Tuva Tibb Mərkəzində pulsuz aksiya keçirilib - Foto

    10:57 Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

    10:47 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş qrafiki dəyişdirilib

    10:30 Lerikdə zəlzələ olub

    03:19 Masallı Tuva Tibb Mərkəzində Pulsuz aksiya keçiriləcək - Video

    10:01 Bakıda şadlıq evləri və restoranlara ciddi - XƏBƏRDARLIQ

    15:10 Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb

    13:44 ETSN xəbərdarlıq etdi - Avqustun 12-dək havanın temperaturu aşağı enəcək

    12:41 Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün VAHİD TARİFLƏR müəyyən olundu

    12:23 Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başladı

    12:08 Gömrük yığımlarının məbləği artırıldı - CƏDVƏL

    17:44 71 nömrəli marşrut xəttinin hərəkətində dəyişiklik edilib

    17:17 MN: Ermənistan silahlı qüvvələrinin mövqeyində partlayış baş verib - VİDEO

    16:58 Metronun bu stansiyası təmirə bağlanır

    16:51 Leysan yağışları Oğuz rayonunda bir sıra fəsadlar yaradıb - VİDEO

    16:46 Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

    16:41 Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq

    12:34 Cenubpress.az yay tətilinə çıxır

    23:17 Masallıda sığdaş kənd ərazisində 67 hektar meşə yandı - Foto

    22:56 "Xan Lənkəran" PFK məşqçilər korpusunun təqdimatı keçirilib - Foto

    16:41 AİP ilk hicab şəhidi Vaqif Abdullayevin vəfatının 6-cı il dönümü ilə bağlı başsağlığı verdi

    21:05 Masallıda mikroavtobus minik maşını ilə toqquşub, on bir nəfər xəsarət alıb - Foto

    19:33 Gəncədə baş verənləri müqəddəs İslama bağlamaq ziyandan başqa heç nə vəd etmir

    14:01 Gəncədə polis zabitlərini bunlar öldürüb - adlar və fotolar (RƏSMİ)

    11:30 Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

    20:40 Masallıda göldə üç nəfər batıb

    10:18 Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

    10:15 Təhsil Nazirliyi: Müəllim işləmək istəyən 46 757 namizədin ərizəsi qəbul olunub

    10:08 Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq

    22:23 Düşmənə qarşı mübarizə qaynağı - AİP-in sədr əvəzi Hacı İlham Əliyev yazır

    22:11 Gəncənin icra başçısına silahlı hücum

    11:23 Masallıda 20 yaşlı qız kafedə ölümcül bıçaqlandı

    11:14 Radio və TV-lərin yayımında problem yaranıb? - AÇIQLAMA

    10:54 Bu gün 58 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilir

    10:32 Bakı-Sumqayıt dəmir yolunda hərəkət bərpa olunub

    10:26 İyulun ikinci və üçüncü ongünlüyündə Azərbaycanda yenidən anomal istilər olacaq

    10:23 SOCAR təmir işlərini təxirə saldı

    10:21 Bakının bir hissəsi susuz qaldı

    10:17 Mingəçevirdə nə baş verib? – RƏSMİ AÇIQLAMA

    11:46 Azərbaycanda sığorta ödənişi almaq üçün yol polisinin arayışı “ASAN Xidmət”də verilə bilər

    11:42 Bakı-Moskva aviareysi təxirə salınıb

    11:29 Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb

    11:04 2 yolda rənglənmə işləri aparılacaq

    10:54 Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

    15:17 Nizami rayonu ərazisində yanğın var

    15:13 Məktəblərdə qidalanma rasionlarına nəzarət gücləndiriləcək

    15:07 Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt məlum oldu

    15:00 Azərbaycanda sürücülük vəsiqələri bahalaşdı

    10:22 “WhatsApp”da yeni funksiya

DÜNYA XƏBƏRLƏRİ