» » Gəncədə baş verənləri müqəddəs İslama bağlamaq ziyandan başqa heç nə vəd etmir

Gəncədə baş verənləri müqəddəs İslama bağlamaq ziyandan başqa heç nə vəd etmir

“Hüquq-mühafizə orqanlarının, ümumən dövlətimizin bütün qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının birgə səyi ilə neqativliklər dərhal təhlil olunmalı, istər cinayət hadisələrinin, istərsə də ictimaiyyəti narahat edən digər problemlərin kökü dərhal araşdırılmalı, konkret tədbirlər həyata keçirilməli və əhali obyektiv olaraq məlumatlandırılmalıdır”.

Bu fikirləri Gəncədə baş verən son hadisələrə münasibət bildirərkən Azərbaycan İslam Partiyasının funksioneri, politoloq Akif Heydərli səsləndirib.
 
Partiya sözçüsü məlum hadisələrlə bağlı bunları deyib: “Gəncə ölkənin ikinci böyük və əhalisi sıx olan şəhəridir. Şəhərin bir məhəlləsində baş verənlərdən digər tərəf sakinlərinin çox vaxt məlumatı olmur. Amma dövlət orqanlarının ayrı-ayrı idarə və müəssisələri, xüsusən hüquq-mühafizə orqanları, bütövlükdə tam olaraq şəhərin istər ictimai həyatına, istərsə də kriminogen vəziyyətinə tam nəzarət etməli, baş verə biləcək xoşagəlməz hadisələri privintiv tədbirlər keçirməklə qarşısını almalıdırlar. Amma çox təəssüflər olsun ki, bir neçə gün əvvəl baş verənlərin nəticəsi olaraq bəzi insanlarda emosiyaların atrdığı şərait ya nəzərə alınmamış, ya da yenə biganəlik göstərilmişdir. Əslində biz əvvəlki hadisə ilə bağlı da fikrimizi bildirmişdik ki, hüquq-mühafizə orqanlarının, ümumən dövlətimizin bütün orqan və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının birgə səyi ilə neqativliklər dərhal təhlil olunmalı, istər cinayət hadisələrinin, istərsə də ictimaiyyəti narahat edən digər problemlərin kökü dərhal araşdırılmalı, konkret tədbirlər həyata keçirtilməli, əhali obyektiv olaraq məlumatlandırılmalıdır”.
 
Akif Heydərli bildirib ki, əslində Elmar Vəliyevin güllələnməsindən sponra bir qrup insan onu tərifləməyə, digər qrup isə xalqa zülmündən danışmağa başladı: “Hətta millət vəkilləri arasında iki cəbhə yaranmaqla icra başçısının özünəməxsus əməlləri təhlil olunmağa başlandı. Rəsmi orqanlar isə həmişə olduğu kimi, hadisənin köklü səbəblərini araşdırmadan nəticəni ittiham etməyə başladılar ki, bu da emosiyaların daha da qızışmasına gətirib çıxardı. Unutmaq olmaz ki, Azərbaycanımız bir sıra qütblərin həmişə diqqət mərkəzində olub. Regionda nəzarəti ələ keçirmək istəyən qüvvələr ölkəmizin təklənməsində, qonşu dövlətlərlə yaxın və isti münasibətlərə zərər vurulmasında maraqlı ola bilərlər. Bu baxımdan baş verənlərin səbəbləri bir yana qalmaqla onu gah İslam dini və ya dindarlarda, gah da kənar yerlərdə axtarmağa başlayırlar. Bu cür yanaşma isə nə dinimizə, nə də xalqımıza ziyandan başqa heç nə vəd etmir”.
 
“Bütün hallarda AİP olaraq bir siyasi qurum kimi biz hadisələrin birinci növbədə kökünün araşdırılmasının, ikincisi də, obyektiv və tərəfsiz araşdırılmasının, insanları narahat edən halların qısa zaman kəsiyində aradan qaldırılmasının tərəfdarıyıq və bütün hallarda xaosu, hərcmərcliyi, insan qətlini, ədalətsiz yanaşmaları rədd edirik”. İslaminSesi


скачать dle 11.3
Dostlarınla bölüş:


DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
    19:49 Masallı Bioloji Təbabət Klinikası : Əhalinin Nəzərinə!!!

    02:00 Masallıda Herbalife Sağlam həyat tərzi klubu fəaliyyətə başlayıb - Foto

    01:05 Masallı Tuva Tibb Mərkəzində pulsuz aksiya keçirilib - Foto

    10:57 Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

    10:47 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş qrafiki dəyişdirilib

    10:30 Lerikdə zəlzələ olub

    03:19 Masallı Tuva Tibb Mərkəzində Pulsuz aksiya keçiriləcək - Video

    10:01 Bakıda şadlıq evləri və restoranlara ciddi - XƏBƏRDARLIQ

    15:10 Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb

    13:44 ETSN xəbərdarlıq etdi - Avqustun 12-dək havanın temperaturu aşağı enəcək

    12:41 Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün VAHİD TARİFLƏR müəyyən olundu

    12:23 Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başladı

    12:08 Gömrük yığımlarının məbləği artırıldı - CƏDVƏL

    17:44 71 nömrəli marşrut xəttinin hərəkətində dəyişiklik edilib

    17:17 MN: Ermənistan silahlı qüvvələrinin mövqeyində partlayış baş verib - VİDEO

    16:58 Metronun bu stansiyası təmirə bağlanır

    16:51 Leysan yağışları Oğuz rayonunda bir sıra fəsadlar yaradıb - VİDEO

    16:46 Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

    16:41 Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq

    12:34 Cenubpress.az yay tətilinə çıxır

    23:17 Masallıda sığdaş kənd ərazisində 67 hektar meşə yandı - Foto

    22:56 "Xan Lənkəran" PFK məşqçilər korpusunun təqdimatı keçirilib - Foto

    16:41 AİP ilk hicab şəhidi Vaqif Abdullayevin vəfatının 6-cı il dönümü ilə bağlı başsağlığı verdi

    21:05 Masallıda mikroavtobus minik maşını ilə toqquşub, on bir nəfər xəsarət alıb - Foto

    19:33 Gəncədə baş verənləri müqəddəs İslama bağlamaq ziyandan başqa heç nə vəd etmir

    14:01 Gəncədə polis zabitlərini bunlar öldürüb - adlar və fotolar (RƏSMİ)

    11:30 Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

    20:40 Masallıda göldə üç nəfər batıb

    10:18 Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

    10:15 Təhsil Nazirliyi: Müəllim işləmək istəyən 46 757 namizədin ərizəsi qəbul olunub

    10:08 Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq

    22:23 Düşmənə qarşı mübarizə qaynağı - AİP-in sədr əvəzi Hacı İlham Əliyev yazır

    22:11 Gəncənin icra başçısına silahlı hücum

    11:23 Masallıda 20 yaşlı qız kafedə ölümcül bıçaqlandı

    11:14 Radio və TV-lərin yayımında problem yaranıb? - AÇIQLAMA

    10:54 Bu gün 58 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilir

    10:32 Bakı-Sumqayıt dəmir yolunda hərəkət bərpa olunub

    10:26 İyulun ikinci və üçüncü ongünlüyündə Azərbaycanda yenidən anomal istilər olacaq

    10:23 SOCAR təmir işlərini təxirə saldı

    10:21 Bakının bir hissəsi susuz qaldı

    10:17 Mingəçevirdə nə baş verib? – RƏSMİ AÇIQLAMA

    11:46 Azərbaycanda sığorta ödənişi almaq üçün yol polisinin arayışı “ASAN Xidmət”də verilə bilər

    11:42 Bakı-Moskva aviareysi təxirə salınıb

    11:29 Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb

    11:04 2 yolda rənglənmə işləri aparılacaq

    10:54 Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

    15:17 Nizami rayonu ərazisində yanğın var

    15:13 Məktəblərdə qidalanma rasionlarına nəzarət gücləndiriləcək

    15:07 Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt məlum oldu

    15:00 Azərbaycanda sürücülük vəsiqələri bahalaşdı

    10:22 “WhatsApp”da yeni funksiya

DÜNYA XƏBƏRLƏRİ