» » Metronun bu stansiyası təmirə bağlanır

Metronun bu stansiyası təmirə bağlanır

Avqustun 8-də "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, sabahdan sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər:

"Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks istiqamətdə daşıyacaq".

B.Məmmədov bildirib ki, məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.

Metropoliten rəsmisi qeyd edib ki, 1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb: "Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbi idi.

2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmayıb. Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin qatarlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması zərurəti yaranıb. Eyni zamanda, görüləcək işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin sürətləndirilməsinə də təsir edəcək". Trend

скачать dle 11.3
Dostlarınla bölüş:


DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
    19:49 Masallı Bioloji Təbabət Klinikası : Əhalinin Nəzərinə!!!

    02:00 Masallıda Herbalife Sağlam həyat tərzi klubu fəaliyyətə başlayıb - Foto

    01:05 Masallı Tuva Tibb Mərkəzində pulsuz aksiya keçirilib - Foto

    10:57 Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

    10:47 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş qrafiki dəyişdirilib

    10:30 Lerikdə zəlzələ olub

    03:19 Masallı Tuva Tibb Mərkəzində Pulsuz aksiya keçiriləcək - Video

    10:01 Bakıda şadlıq evləri və restoranlara ciddi - XƏBƏRDARLIQ

    15:10 Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb

    13:44 ETSN xəbərdarlıq etdi - Avqustun 12-dək havanın temperaturu aşağı enəcək

    12:41 Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün VAHİD TARİFLƏR müəyyən olundu

    12:23 Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başladı

    12:08 Gömrük yığımlarının məbləği artırıldı - CƏDVƏL

    17:44 71 nömrəli marşrut xəttinin hərəkətində dəyişiklik edilib

    17:17 MN: Ermənistan silahlı qüvvələrinin mövqeyində partlayış baş verib - VİDEO

    16:58 Metronun bu stansiyası təmirə bağlanır

    16:51 Leysan yağışları Oğuz rayonunda bir sıra fəsadlar yaradıb - VİDEO

    16:46 Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

    16:41 Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq

    12:34 Cenubpress.az yay tətilinə çıxır

    23:17 Masallıda sığdaş kənd ərazisində 67 hektar meşə yandı - Foto

    22:56 "Xan Lənkəran" PFK məşqçilər korpusunun təqdimatı keçirilib - Foto

    16:41 AİP ilk hicab şəhidi Vaqif Abdullayevin vəfatının 6-cı il dönümü ilə bağlı başsağlığı verdi

    21:05 Masallıda mikroavtobus minik maşını ilə toqquşub, on bir nəfər xəsarət alıb - Foto

    19:33 Gəncədə baş verənləri müqəddəs İslama bağlamaq ziyandan başqa heç nə vəd etmir

    14:01 Gəncədə polis zabitlərini bunlar öldürüb - adlar və fotolar (RƏSMİ)

    11:30 Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

    20:40 Masallıda göldə üç nəfər batıb

    10:18 Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

    10:15 Təhsil Nazirliyi: Müəllim işləmək istəyən 46 757 namizədin ərizəsi qəbul olunub

    10:08 Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq

    22:23 Düşmənə qarşı mübarizə qaynağı - AİP-in sədr əvəzi Hacı İlham Əliyev yazır

    22:11 Gəncənin icra başçısına silahlı hücum

    11:23 Masallıda 20 yaşlı qız kafedə ölümcül bıçaqlandı

    11:14 Radio və TV-lərin yayımında problem yaranıb? - AÇIQLAMA

    10:54 Bu gün 58 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilir

    10:32 Bakı-Sumqayıt dəmir yolunda hərəkət bərpa olunub

    10:26 İyulun ikinci və üçüncü ongünlüyündə Azərbaycanda yenidən anomal istilər olacaq

    10:23 SOCAR təmir işlərini təxirə saldı

    10:21 Bakının bir hissəsi susuz qaldı

    10:17 Mingəçevirdə nə baş verib? – RƏSMİ AÇIQLAMA

    11:46 Azərbaycanda sığorta ödənişi almaq üçün yol polisinin arayışı “ASAN Xidmət”də verilə bilər

    11:42 Bakı-Moskva aviareysi təxirə salınıb

    11:29 Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb

    11:04 2 yolda rənglənmə işləri aparılacaq

    10:54 Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

    15:17 Nizami rayonu ərazisində yanğın var

    15:13 Məktəblərdə qidalanma rasionlarına nəzarət gücləndiriləcək

    15:07 Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt məlum oldu

    15:00 Azərbaycanda sürücülük vəsiqələri bahalaşdı

    10:22 “WhatsApp”da yeni funksiya

DÜNYA XƏBƏRLƏRİ